Bank Of Baku

Olimpiya çempionu Nazim Hüseynov Media Akademiyasının tələbələri ilə görüşüb - FOTO

Olimpiya çempionu Nazim Hüseynov Media Akademiyasının tələbələri ilə görüşüb - <font color=red>FOTO</font>
# 14 oktyabr 2010 07:26 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunan Media Akademiyasının növbəti qonağı Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov olub. İctimai Birliyin mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, idman karyerasından, əldə etdiyi uğurlardan söz açan çempion o dövrün çətinliklərindən danışıb. Cüdoçu hər bir qələbənin şansla deyil, zəhmətlə qazanıldığını qeyd edib.
Tələbələrin suallarını cavablandıran N. Hüseynov bildirib ki, gələn ildən etibarən məşqçi kimi fəaliyyət göstərəcək. Onun ən böyük arzusu isə oğlunu Olimpiya çempionu görməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR