Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib - FOTO
Toplantıda öncə ali məktəblərin jurnalistika fakültələrinə qəbul zaman qabiliyyət imtahanlarının bərpası məsələsi müzakirə olunub. Ə. Amaşov rəhbərlik etdiyi qurumun hazırda bu istiqamətdə araşdırmalar apardığını və dünyanın bir çox ölkələrindəki qabaqcıl təcrübənin nəzərdən keçirildiyini vurğulayıb.
Məsələnin aktuallığını nəzərə alınaraq bununla əlaqədar şurada xüsusi İşçi Qrupu yaradılıb.
Müəyyənləşdirilib ki, Avropanın, eləcə də dünyanın əksər ölkələrində jurnalistika fakültələrinə qabiliyyət imtahanları çox uğurla həyata keçirilir və bu, müsbət nəticələr verir.
Daha sonra «Şabran» qəzeti və «Olimp sport» jurnalı MŞ üzvlüyünə qəbul olunub.
Şuranın Şikayətlər üzrə Komissiyasının təqdim etdiyi rəylər əsasında MŞ-nin qərarlarının qəbulu zamanı məsələyə iki kontekstdən yanaşılması məqbul sayılıb. İlk növbədə komissiyanın çıxardığı rəylər dəyərləndirilib. Belə razılığa gəlinib ki, Masallı rayonundan bir qrup ziyalının «Cənub xəbərləri» və Ağdam rayonundan bir qrup sakinin «Qeyrət qalası» regional qəzetləri ilə bağlı şikayətləri əsaslıdır. Hər iki KİV-ə etik prinsiplərin tələblərinə sayğısız yanaşdığına görə Mətbuat Şurasının xəbərdarlığının elan olunması məqsədəuyğundur. Eyni qərar «Milli hərəkat» qəzeti barədə də çıxarılıb.
Komissiyanın Cəlilabad Post filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Q.Cəfərovun şikayətləri əsasında çıxardığı rəylər məqbul qiymətləndirilib və belə qərara alınıb ki, «Azadlıq» qəzeti cavabdeh tərəf kimi şikayətçilərin mövqeyini əks etdirən məktublarını dərc etdiyindən məsələ həllini tapmış sayıla bilər.
İH digər 5 qərarın qəbulunda Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının 28 sentyabr tarixli iclasının rəylərini əsas götürüb. «Rəsmi Azərbaycan» və «Vedi inform» qəzetlərinin adları Şuranın «qara siyahı»sına salınarkən bu nəşrlərin əməkdaşlarının yol verdikləri hüquqa zidd hərəkətlərə istinad edilib. Eyni zamanda nəzərə alınıb ki, bu KİV-də jurnalist adından sui-istifadə halları üstünlük təşkil edir. Oxşar motivlər «Həftəlik Azərbaycan» və «Azad yeni fikir» qəzetlərinin də «qara siyahı»ya salınmasına səbəb olub.
«Bizim dövr» qəzeti ilə bağlı məsələnin müzakirəsi zamanı bildirilib ki, bu nəşr Şuranın «qara siyahı»sında yer alan «Yeni dövr» qəzetinin yolunu davam etdirir. Bildirilib ki, birincinin təsisçisi və baş redaktoru Hikmət Nəcəfli ikincidə də eyni postları tutur.
İH bu KİV-in adının «qara siyahı»ya salınması ilə bağlı qərar qəbul etməklə yanaşı, mətbu orqan barəsində toplanmış materialların inzibati orqanlara göndərilməsini məqsədəuyğun sayıb.
Şuranın «qara siyahı»sındakı bəzi qəzetlərin peşə prinsiplərinə zidd fəaliyyətlərini davam etdirdikləri narahatlıqla vurğulanıb. Təklif edilib ki, bu kimi halların qarşısının alınması üçün hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq gücləndirilsin.
Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə Türkiyə və Şimali Kiprdə təcrübə mübadiləsinə yollanacaq jurnalistlərin tərkibinin müəyyənləşdirilməsinə dair fikir mübadilələri aparılıb.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib