Bank Of Baku

Məhkəmə “Avropa Plyus Bakı” radiosunun lisenziyasının alınmasına dair “Teleradio” İstehsalat Birliyinin iddiasını təmin edib

Məhkəmə “Avropa Plyus Bakı” radiosunun lisenziyasının alınmasına dair “Teleradio” İstehsalat Birliyinin iddiasını təmin edib
# 15 oktyabr 2010 13:02 (UTC +04:00)
APA -nın xəbərinə görə, hakim Tahirə Əsədovanın sədrlik etdiyi prosesdə iddia təmin olunub.

Qeyd edək ki, iddiada yerli tezliklərdə yayımlanan radiolarda bütün verilişlərin Azərbaycan dilində yayımlanmasına dair qərar əsas götürülüb. Məhz bu qərara görə, “Azadlıq”, “BBC” və “Amerikanın səsi” radiolarının yerli tezliklərdə yayımı dayandırılıb. “Avropa Plyus Bakı” radiosundan isə lisenziyanın geri alınması ilə bağlı məhkəməyə müraciət olunub. Bundan əlavə, “Teleradio” İB radiodan onun ərazisində texniki avadanlıqlar (qüllə və s.) yerləşdirdiyinə görə yaranan borcu ödəməyi tələb edib. Həmin borc 10 min 22 manat göstərilib.

Xatırladaq ki, “Avropa Plyus Bakı” radiosu 2 iyun 1999-cu ildən Bakı şəhərində yayımlanmağa başlayıb. Radio 107.7 FM dalğasında yayımlanıb. Yayımın 10 faizini ölkədə istehsal olunan proqramlar, 90 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Radionun yayımında dövlət dili 10%, əcnəbi dil isə 90% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR