Bank Of Baku

ABŞ səfirliyi və “İrəli” İctimai Birliyinin Media Akademiyası Azərbaycanda yeni medianın inkişaf etdirilməsi məqsədilə seminar təşkil edib - FOTOSESSİYA

ABŞ səfirliyi və “İrəli” İctimai Birliyinin Media Akademiyası Azərbaycanda yeni medianın inkişaf etdirilməsi məqsədilə seminar təşkil edib - <font color=red>FOTOSESSİYA</font>
# 16 oktyabr 2010 08:49 (UTC +04:00)
Bakı-APA. Amerikanın Azərbaycandakı səfirliyi və “İrəli” İctimai Birliyinin Media Akademiyası Azərbaycanda yeni medianın inkişaf etdirilməsi məqsədilə seminar təşkil edib. Birlikdən APA-ya verilən məlumata görə, Amerikanın Poynter İnstitutunun Multimedia and Mobil Xidmətlər fakültəsinin mütəxəssisi Regina Makkoms tərəfindən keçirilən seminar “Xəbərlərin verilməsində sosial mediadan səmərəli istifadə”, “Maraqlı video xəbərlərin yayımlanması bacarıqları”, “Auditoriyaları rəqəmli sistemə fəal cəlb etmək: Sosial Şəbəkə, RSS və multimedia üçün digər pulsuz və ucuz vasitələr” mövzularını əhatə edib. Seminar zamanı sosial mediadan istifadə edərək xəbərləri yaymaq üsulları barədə məlumat verilib. Regina Makkomsun sözlərinə görə, ABŞ əhalisinin 41 faizi, Gürcüstan əhalisinin 7,7 faizi, Azərbaycan əhalisinin 2,7 faizi, İran əhalisinin 1 faizi sosial şəbəkədən istifadə edir. Təlimçi yeni başlayanlar və yeni media sahəsində peşəkar olmaq istəyən şəxslərə Livejournal, W ordpress, Blogger, Tumblr kimi şəbəkələrdən istifadəni məsləhət görüb. Yeni mediaya həsr olunmuş təlim diskussiya şəraitində davam edib və sonda tələbələrin media ilə bağlı sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR