Bank Of Baku

Azərbaycan və Gürcüstanın İctimai televiziyaları hər ay “Bakı-Tiflis” telekörpüsü keçirəcək

Azərbaycan və Gürcüstanın İctimai televiziyaları hər ay “Bakı-Tiflis” telekörpüsü keçirəcək
# 16 oktyabr 2010 16:22 (UTC +04:00)
Bakı - APA. Azərbaycan və Gürcüstanın İctimai televiziyaları ayda bir dəfə “Bakı-Tiflis” telekörpüsü reallaşdıracaq.

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, bu barədə razılıq hər iki telekanalın rəhbərliyi arasında keçirilən görüşdə əldə edilib.

Azərbaycan İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov və Gürcüstan İctimai Televiziyasının baş direktoru Qriqori Çanturiyanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında aparılan danışıqlarda birgə telelayihələr müzakirə edilib. Bildirilib ki, bu vaxtadək həyata keçirilən müştərək layihələr xalqlar arasında əlaqələrin yaxınlaşmasına xidmət edib. Hər ay efirə gedəcək telekörpülərdə isə iki ölkənin gündəlik həyatında müxtəlif sahələrdə baş verən hadisələr işıqlandırılacaq və bu, dostluq əlaqələrini daha da dərinləşdirəcək.

İctimai Teleradioda olan Gürcüstan İctimai Televiziyasının nümayəndə heyəti şirkətin studiyaları və texniki avadanlıqları ilə də tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR