Azərbaycan “Radio və televiziya idarəetmə məsələləri üzrə” seminarda iştirak edəcək

Azərbaycan “Radio və televiziya idarəetmə məsələləri üzrə” seminarda iştirak edəcək
# 18 oktyabr 2010 13:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Oktyabrın 19-dan noyabrın 2-nə kimi Çinin paytaxtı Pekin şəhərində Çin, MDB və Baltik ölkələrinin teleradio şirkətlərinin nümayəndəliyinin iştirakı ilə “Radio və televiziya idarəetmə məsələləri üzrə” seminar keçiriləcək. Milli Televiziya Şurasının üzvü Qafar Cəbiyev APA-ya bildirib ki, seminarda qeyd olunan ölkələrin aidiyyatı qurumları arasında beynəlxalq mübadilə və əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Tədbirdə Azərbaycanı Q. Cəbiyev və İctimai Televiziyanın baş rejissoru Orman Əliyev təmsil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR