Bank Of Baku

Terrorçular Çeçenistan parlamentinin binasında bir neçə nəfəri girov götürüblər

Terrorçular Çeçenistan parlamentinin binasında bir neçə nəfəri girov götürüblər
# 19 oktyabr 2010 08:12 (UTC +04:00)
Bakı-APA. Çeçenistan parlamentində baş verən terror aktının bəzi detalları məlum olub. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, deputatların maşını parlamentin həyətinə daxil olan zaman onların ardınca içərisində terrorçular olan bir maşın əraziyə gəlib. Maşındakı terrorçulardan biri əynindəki “şəhid qurşağı”nı işə salıb, partlayış nəticəsində iki nəfər həlak olub. Daha iki terrorçu parlamentin binasına daxil olaraq xaotik atəş açmağa başlayıblar. “İnterfaks” agentliyi hazırda atışmanın davam etdiyini bildirir. Bəzi məlumatlara görə, parlamentin mülki heyəti binadan evakuasiya olunub. Ərazi mühasirəyə alınıb, silahlıların məhv edilməsi üçün əməliyyat keçirilir. Hazırda atışma spiker Dukuvax Abdurrahmanovun kabineti yaxınlığında gedir. Spikerin sağ olduğu bildirilir. Xatırladaq ki, Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev hazırda Qroznıdadır.

“Frans-Press” agentliyi Çeçenistan Daxili İşlər Nazirliyinə istinadən terrorçuların parlament binasında bir neçə nəfəri girov götürdüklərini bildirir. İlkin məlumata görə, binaya soxulmağa müvəffəq olan terrorçuların sayı üç nəfərdir. Çeçenistan dövlət başçısı Ramzan Kadırov artıq hadisə yerinə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR