Bank Of Baku

Əflatun Amaşov Türkiyə Qəzetçilər Federasiyasının illik toplantısına qatılacaq

Əflatun Amaşov Türkiyə Qəzetçilər Federasiyasının illik toplantısına qatılacaq
# 19 oktyabr 2010 10:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türkiyə Qəzetçilər Federasiyasının illik toplantısına qatılacaq. Şuradan APA-ya verilən məlumata görə, tədbir oktyabrın 20-dən 23-dək Türkiyənin Kayseri şəhərində keçiriləcək.

MŞ sədri toplantıda Azərbaycan mətbuatının tarixi və bu günkü durumuna, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edəcək. Ə.Amaşovun səfər çərçivəsində, həmçinin Kayseridə ermənilərin azərbaycanlılara qarşı soyqırımı ilə bağlı təşkil olunacaq sərgidə iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycandan Türkiyə Qəzetçilər Federasiyasının illik toplantısına qatılacaq nümayəndə heyətinin tərkibinə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR