Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları aclıq aksiyası keçirən jurnalistlərlə görüşüblər

Ombudsman Aparatının əməkdaşları aclıq aksiyası keçirən jurnalistlərlə görüşüblər
# 26 oktyabr 2010 16:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı ilə Ombudsman Aparatının əməkdaşları Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən jurnalistlər – Samir Kazımlı, Qabil Zimistanoğlu, Natiq Cavadlı və gənc fəal Emin Axundovla görüşüblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, aksiya iştirakçıları aclıq keçirmələrinin səbəbinin barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarın icra olunmamasına etiraz əlaməti kimi aclıq edən həmkarları Eynulla Fətullayevə dəstəklə bağlı olduğunu bildiriblər. Onların nəzərinə çatdırılıb ki, İnsan Hüquqları üzrə Müvəkkilin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 22 oktyabr 2010-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Eynulla Fətullayevlə görüşüblər. Eynulla Fətullayevin saxlanma şəraitindən, müəssisə əməkdaşlarının ona qarşı rəftarından şikayətinin olmadığı, vəkilləri və atası ilə görüşə məhdudiyyət qoyulmadığı, dövri mətbuatı izləməsinə şərait yaradıldığı qeyd olunub. Müvəkkilin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən E. Fətullayevin işinin icraata götürüldüyünü, həmçinin İnsan Hüquqları üzrə Müvəkkilin səlahiyyətlərinin bir daha onun diqqətinə çatdırıldığını, onun səhhətinin nəzarətdə saxlanması üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyi və tibb hissəsinin həkimi ilə görüşüb tövsiyələr verildiyini aksiya iştirakçılarına bildiriblər. Ombudsmanın səlahiyyətləri aksiya iştirakçılarına da izah olunub, onlara aclığı dayandırmaq tövsiyə edilib. Aksiya keçirən jurnalistlərin həkimlərin nəzarəti altında olduqları və onlara tibb xidməti göstərildiyi müəyyən edilib. Qeyd olunmalıdır ki, Ombudsman Aparatı əməkdaşlarının jurnalistlərlə görüşü zamanı dəvət olunmuş həkimlər aclıq keçirənləri müayinə edib, hazırda onların səhhətində problem olmadığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR