Yol qəzasında həlak olan jurnalist Şahin Ağabəyli ilə vida mərasimi keçirilib - FOTOSESSİYA

Yol qəzasında həlak olan jurnalist Şahin Ağabəyli ilə vida mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 27 oktyabr 2010 10:53 (UTC +04:00)
APA-nın xəbərinə görə, vida mərasimi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası qarşısında baş tutub.
Vida mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və digər mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə bildirilib ki, Şahin Ağabəyli peşə fəaliyyətini yerinə yetirən zaman yol qəzasında həlak olub.

Mərhum bu gün doğulduğu Neftçala rayonunun Aşağı Qaramanlı kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, yol qəzası bu gün Bakı-Qazax yolunun 51-ci kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb. Jurnalist Şahin Ağabəyli və Aqil Ələsgərlinin olduğu “Nissan-Tida” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə Şahin Ağabəyli dünyasını dəyişib, Aqil Ələsgərli isə ağır yaralanıb. Ayaqları sınan yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb, hazırda o həkimlərin nəzarəti altındadır.
Jurnalistlərin seçki prosesi ilə bağlı Salyan rayonuna getdikləri açıqlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR