Bank Of Baku

Əflatun Amaşov: “Peşə fəaliyyəti zamanı vəfat edən jurnalistlərlə bağlı qanunun hazırlanmasına ehtiyac hiss olunur”

Əflatun Amaşov: “Peşə fəaliyyəti zamanı vəfat edən jurnalistlərlə bağlı qanunun hazırlanmasına ehtiyac hiss olunur”
# 27 oktyabr 2010 11:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Peşə fəaliyyəti zamanı vəfat edən jurnalistlərlə bağlı qanunun hazırlanmasına ehtiyac hiss olunur”.

APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov bildirib ki, bəzi jurnalistlər adi şəkildə dünyasını dəyişiblər, bəziləri isə xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar. Artıq bu hallarla bağlı müəyyən qanunun işlənməsi vaxtı gəlib çatıb: “Əgər jurnalist vəfat edibsə, onun ailəsinə hansı şərait yaradılmalıdır? Belə hadisələr baş verdikcə, həmin qanunun vacibliyi ortaya çıxır. Mətbuat Şurası bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Yəqin ki, qanun layihəsinin hazırlanması istiqamətində yaxın vaxtlarda işə başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR