Bank Of Baku

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Tehranda keçirilən media festivalında Azərbaycan guşəsinə baxış keçirib

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Tehranda keçirilən media festivalında Azərbaycan guşəsinə baxış keçirib
# 27 oktyabr 2010 14:22 (UTC +04:00)
Tehran. Süleyman Fərzəliyev-APA. Bu gün Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Tehranda keçirilən XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalına gələrək Azərbaycan guşəsinə baxış keçirib.

APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvləri ilə səmimi görüşən səfir guşədə nümayiş etdirilən materiallarla tanış olub. Guşədə maraqlı və diqqətəlayiq təbliğat materiallarının olduğunu deyən Cavanşir Axundov səfirliyin jurnalistlərə istənilən köməyi göstərməyə hazır olduğunu bildirib.

Daha sonra jurnalistlər sərgi-festivalın açılış günündə Ermənistan nümayəndə heyəti ilə yaranmış problem barədə Azərbaycanın İrandakı səfirinə məlumat veriblər. Səfir buna cavab olaraq deyib ki, erməni həyasızlığının qarşısı hər zaman alınıb, bundan sonra da alınacaq.

Sonda səfir sərginin təşkilatçısı olan İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin nümayəndələri ilə görüşüb, sərgiyə baxış keçirib, o cümlədən qardaş Türkiyə Cümhuriyyətinin guşəsinə baş çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR