Bank Of Baku

YouTube saytının baş direktoru vəzifəsindən gedir

YouTube saytının baş direktoru vəzifəsindən gedir
# 30 oktyabr 2010 04:57 (UTC +04:00)
Bakı-APA. YouTube saytının yaradıcılarından biri, onun baş direktoru Çad Xerli öz vəzifəsindən gedəcəyini bildirib.

Xerli bildirib ki, sayta kömək etməyə davam edəcək. «Mən məsləhətçi qismində işimi davam etdirəcəyəm», deyə o bildirib.

Saytın yeni baş direktoru 2008-ci ildən onun cari əməliyyat fəaliyyəti ilə məşğul olan Salar Kamanqar olacaq.

Xatırladaq ki, 2006-cı ildə Google şirkəti populyar YouTube videohostinqini 1,65 mln. dollara alıb və Xerlini şirkətin rəhbərliyində saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR