Bank Of Baku

Azərbaycan jurnalisti İranda mükafatlandırıb

Azərbaycan jurnalisti İranda  mükafatlandırıb
# 30 oktyabr 2010 19:45 (UTC +04:00)
Tehran. Süleyman Fərzəliyev - APA. Bu gün Tehranda keçirilən XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı çərçivəsində Dünya Müsəlman Jurnalist Qadınlarının I seminarı keçirilib.
APA-nın Tehranda olan əməkdaşının verdiyi xəbərə görə, İran hökuməti bir qrup seminar iştirakçısını mükafatlandırıb. Mükafat alanlar arasında Rusiyanın RTR telekanalında yayımlanan “Musulmane” verilişinin aparıcısı Dinara Sədrəddinova ilə yanaşı, bir azərbaycanlı xanım jurnalist də var. Bu, Azərbaycanda nəşr olunan “Əbədi Nur” jurnalının təsisçisi və baş redaktoru Səadət Əlizadədir.
Qeyd edək ki, “Əbədi Nur” jurnalı 2006-cı ildən nəşr olunur. İxtisasca rəssam olan Səadət Əlizadə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, “Qızıl Qələm” mükafatı laureatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR