Bank Of Baku

Tehranda keçirilən XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı başa çatıb

Tehranda keçirilən XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı başa çatıb
# 01 noyabr 2010 15:55 (UTC +04:00)
Tehran. Süleyman Fərzəliyev-APA. Tehranda keçirilən XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalının bağlanışı olub. APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, tədbirdə İranın Mədəniyyət və İslami-İrşad Nazirliyinin rəhbərləri, digər rəsmi şəxslər iştirak ediblər. Tədbirə əvvəlcədən nəzərdə tutulduğu kimi, İran prezidenti Mahmud Əhmədinejad da qatılıb.

Mərasimdə bir qrup İran və əcnəbi jurnalistlərinə mükafat verilib.

Tədbir prezident Mahmud Əhmədinejadın çıxışı ilə yekunlaşıb. İran prezidenti deyib ki, ötən yüz il ərzində maddiyyatçılıq insanlığa böyük zərər vurub, ümidsizlik və özünə inamsızlıq yaradıb. Ona görə də hazırda insanların eşq və məhəbbətə ehtiyacı var ki, dünyada sülh, dostluq və əmin-amanlıq olsun. Mahmud Əhmədinejad bu işdə KİV-in üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR