Bank Of Baku

“Şərq” qəzetinin 14 yaşı tamam olub

“Şərq” qəzetinin 14 yaşı tamam olub
# 01 noyabr 2010 16:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycanda gündəlik çıxan “Şərq” qəzetinin 14 yaşı tamam olub. Qəzetin baş redaktoru Akif Aşırlı APA-ya açıqlamasında “Şərq”in 14-cü ad gününü redaksiyada qeyd etdiklərini deyib: “Gələn il qəzetin 15 illik yubileyi olacaq. Yubileyi geniş qeyd etmək arzumuz var. “Şərq” nəşr olunan vaxtdan indiyədək müstəqil qəzetçilik xəttinə sadiq qalmış bir mətbuat orqanıdır və bu gün də ölkənin müstəqil nəşrlərindən biri hesab olunur. Bizim üçün əsas odur ki, ictimai rəyə təsir imkanlarımızı qoruyub saxlaya bilək. Bütün çətinliklərə, maliyyə sıxıntılarına baxmayaraq, “Şərq” qəzeti buna qadirdir”.

Qeyd edək ki, noyabrın 2-də “Şərq” qəzetinin 2980-ci sayı çap olunacaq. Qəzet həftədə 5 dəfə çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR