Bank Of Baku

APA və mail.ru şirkətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

APA və mail.ru şirkətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
# 04 noyabr 2010 09:28 (UTC +04:00)
Müqaviləyə əsasən, APA informasiya agentliyi və “APA Group”a daxil olan vesti.az informasiya agentliyi mail.ru” saytının xəbər bölümünü Azərbaycanla bağlı xəbərlərlə təmin edəcək.

Qeyd edək ki, mail.ru şirkətinin Azərbaycan üzrə regional partnyoru “New Media” şirkətidir.

Azəri-Press Agentliyi (APA) 2004-cü ildə yaranıb. Agentlik Cənubi Qafqazın lider xəbər şirkətləri sırasındadır, Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər yayımı ilə məşğuldur.

APA Group”a lent.az, vesti.az, apasport.az informasiya agentlikləri və “Ekonomist” jurnalları daxildir.

“New Media” şirkəti isə 2009-cu ilin iyul ayından fəaliyyətə başlayıb. Reklam verənlərə media planlama və satınalma üzrə xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR