Bank Of Baku

Əflatun Amaşov Niderlandda Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında hesabatla çıxış edib

Əflatun Amaşov Niderlandda Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında hesabatla çıxış edib
# 05 noyabr 2010 12:47 (UTC +04:00)
Bakı-APA. Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısı öz işini bu gün də davam etdirib. Noyabrın 4-5-də Niderlandın paytaxtı Amsterdamda keçirilən tədbirin ilk günü Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov hesabatla çıxış edib. Şuradan APA-ya verilən məlumata görə, həmin gün konfransı açan Niderland təhsil, mədəniyyət və elm naziri Marjan Hammersma medianın özünütənzimləməsini önəmli cəhət kimi vurğulayaraq mətbuat şuralarının bu istiqamətdəki rolunun böyük olduğunu deyib. Toplantıda 30-dan çox ölkənin hesabatı dinlənilib, şuraların fəaliyyətindəki oxşar və fərqli cəhətlər nəzərdən keçirilib.

MŞ sədri Ə. Amaşov rəhbərlik etdiyi qurumun yaranmasından, gördüyü işlərdən danışıb, xüsusən şikayətlərə baxılması sahəsindəki təcrübəsi, mövcud sahədəki statistik göstəricilər barədə ətraflı məlumat verib. Şura sədrinin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə bağlı təqdimatı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Öncədən onlara paylanan sənəd ətrafında geniş müzakirələr aparılıb, müxtəlif təkliflər səslənib.

Toplantının bu günə nəzərdə tutulan iş planında mətbuat şuralarının internetlə, on-linela, facebookla bağlı vəzifələrinə dair məsələlər yer alıb. Bildirilib ki, indiyədək bu şəbəkə heç bir qurum tərəfindən idarə edilməyib və onlara azad istinad mənbəyi kimi yanaşılıb. Bu isə bəzən müəyyən təxribatçı məqsədlərin reallaşmasına gətirib. Xüsusilə bir sıra terror təşkilatlarinin, o cümlədən "Əl-qaidə"nin bu resurslardan öz məqsədləri üçün yararlanması ve digər belə məsələlər dünya mediası ilə bağlı ciddi narahatlıq doğuran məqamlar kimi vurğulanıb. Mövcud situasiyada mətbuat şuralarının rolunun nədən ibarət ola biləcəyinə, həmçinin facebook sosial şəbəkəsinə nəzarətin mümkünlüyünə dair diskussiyalar aparılıb. Qərara alınıb ki, bu məsələlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının bu il Nepalda keçiriləcək toplantısında da müzakirəyə çıxarılsın. Müzakirələrə qatılan MŞ sədri rəhbərlik etdiyi qurumun bu kimi məqamlara həssaslıqla yanaşdığını, artıq bir saytla bağlı şikayətə baxdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR