Bank Of Baku

Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan olunub

Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan olunub
# 05 noyabr 2010 13:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan edib. Bu barədə APA-ya Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan məlumat verilib.

Müsabiqə aşağıdakı mövzular üzrə keçirilir: İKT-nin mediada rolu; Azərbaycan telekommunikasiyasının dünəni və bu günü; Azərbaycan poçtunun dünəni və bu günü; İKT-nin cəmiyyətdə rolu; İnternetin həyatımızda rolu.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. Hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Yazıda “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. Yazılar noyabrın 6-dan dekabrın 1-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır.

Müsabiqədə I yer - noutbook və printer, II yer – noutbook, III yer - 3G mobil telefonu, həvəsləndirici mükafat kimi rəqəmsal diktofon mükafatları nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR