Bank Of Baku

Parisien qəzeti daha satışa çıxarılmayacaq

Parisien qəzeti daha satışa çıxarılmayacaq
# 06 noyabr 2010 03:31 (UTC +04:00)
Bakı-APA. Fransanın Parisien qəzetinin sahibi mətbu orqanının artıq satılmadığını bildirib.

Amaury qrupuna məxsus olan nəşrin satışı haqqında məlumatlar sentyabrda yayılmağa başlayıb. O zaman qəzeti almaq iddiası ilə Figaro nəşrinin sahibi, Dassault Aviation aviakonstruktorunun həmsahibi və prezident Nikolya Sarkozinin yaxın adamı Serj Dasso çıxış etmişdi. Bu səbəbdən ölkədə qızğın polemika başlamış və çoxları Dassonun bu hərəkətini mətbuat azadlığına zərbə kimi dəyərləndirmişdilər.

Oktyabrın sonunda Dasso iddiasından əl çəkərək bunu maliyyə məsələləri ilə izah edib.

Bundan sonra nəşri almaq üçün Havas kommunikasiya qrupunun prezidenti və Direct Soir və Matin Plus iri pulsuz qəzetlərin əsasını qoymuş biznesmen Vinsen Bollorenin və Fondations Capital fonduyla Belçikanın Rossel nəşriyyat qrupunun namizədlikləri irəli sürülüb.

Lakin cümə günü Amaury qrupu qəzetin satışa çıxarılmayacağını bildirib.

Le Parisien Fransanın ən iri və populyar nəşrlərindəndir. Qəzet 305 min nüsxə tirajla çap olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR