Bank Of Baku

Mətbuat Şurasında parlament seçkisi ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərəcək

Mətbuat Şurasında parlament seçkisi ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərəcək
# 06 noyabr 2010 14:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurasında noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar “qaynar xətt” təşkil ediləcək. Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləyəcək. MŞ saat 11.00, 14.00, 17.00 və 20.00-da “qaynar xətt”in fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumatlandıracaq.

Şuradan APA-ya verilən məlumata görə, “qaynar xətt”in yaradılmasında məqsəd jurnalistlərin seçkidə peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə kömək göstərməkdən, bununla bağlı mümkün maneələrin operativ surətdə aradan qaldırılmasını təmin etməkdən ibarətdir.

“Qaynar xətt”ə daxil olan faktların araşdırılması üçün müvafiq qurumlarla əlaqə yaradılacaq. Həmçinin zəruri hallarda şuranın əməkdaşlarından ibarət qrup konkret hadisə yerinə göndəriləcək.

Bununla yanaşı, seçki günü Mətbuat Şurasının monitorinq qrupu da xüsusi rejimdə işləyəcək. Qrupun nümayəndələri və MŞ İdarə Heyətinin üzvləri paytaxtdakı və bölgələrdəki seçki dairələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrini, prosesi işıqlandırmalarını yaxından izləyəcək, onlar üçün yaradılan şəraitlə tanış olacaqlar.

Mətbuat Şurası “qaynar xətt”in, habelə qurumun monitorinq qrupunun məlumatları əsasında jurnalistlərin seçkidə iştirakına dair hesabat hazırlayacaq. Jurnalistlər seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək problemlərlə bağlı Mətbuat Şurasının “qaynar xətt”inə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR