Bank Of Baku

BBC jurnalistlərinin 48 saatlıq tətili davam edir

BBC jurnalistlərinin 48 saatlıq tətili davam edir
# 06 noyabr 2010 21:38 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın ən iri teleradio şirkəti olan BBC-nın jurnalistlərinin 48 saatlıq tətilı davam edir.
APA-nın bbc.сom saytına istinadən verdiyi xəbərə görə, tətilə çıxan BBC əməkdaşları korporasiyanın təqaüd sisteminə düzəlişlərə etiraz edirlər.
Tətil bəzi televiziya və radio proqramlarının işinə təsir edib.
BBC bildirib ki, təqaüdlə bağlı yekun təklifini edib.
Amma Britaniya Jurnalistlərinin Həmkarlar İttifaqı - Milli Jurnalistlər İttifaqı deyir ki, təkliflər "təqaüdün oğurlanmasına" bərabərdir.
İttifaqın baş katibi Jeremy Dear bildirib ki, bu üzdən tətilə əl atmaqdan başqa çıxış yolu qalmayıb.
BBC əməkdaşları arasında Milli Jurnalistlər İttifaqına 4100 nəfər üzvdür.
Onlar "pensiya" məsələsi ilə bağlı BBC korporasiyasının təklif etdiyi son təklifləri rədd ediblər.
Belə ki BBC rəhbərliyi pensiya fondunun kəsirini azaltmaq niyyətindədir. Hazırda bu kəsir 1,5 mlrd funt dəyərində qiymətləndirilir.
Korporasiya tərəfindən ilk əvvəl sürülmüş pensiya islahatı şərtləri işçilər tərəfindən daha sərt şərtlər kimi qiymətləndirilmişdi.
Həmkarlar İttifaqlarının təzyiqi altında həmin şərtlərə yenidən baxıldı.
Tətil ilə əlaqədar, noyabrın 5-də, BBC-nin Radio-4 və Today proqramları canlı efirə çıxmadı. "5 Live" proqramının canlı efiri yerinə isə təkrar yazılar səsləndirildi.
Növbəti 48-saatlıq tətil noyabrım 15 və 16-na planlaşdırılıb.
Milli Jurnalistlər İttifaqı bildirib ki, tətilçilərin aksiyası BBC-nin xəbərlər xidmətinin işinə ciddi təsir göstərib.
Milli Jurnalistlər İttifaqının Baş Katibi Ceremi Dear deyib ki, hazırda efirə gedən proqramlar frilanserlər yaxudda menecerlər tərəfindən hazırlanır, özü də əvvəlcədən yazılmış materiallar əsasında.
BBC başçısı Mark Tompson öz bloqunda yazıb ki, tətil nəticəsində bəzi proqramlarda qüsurların baş verməsi qaçılmazdır.
BECTU həmkarlar ittifaqının təmsilçiləri isə hesab edirlər ki, təklif olunmuş pensiya islahatı şərtləri məqbul ediləndi.
Lakin BECTU təmsilçiləri qeyd ediblər ki, onların mövqeyi dəyişə də bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR