Bank Of Baku

Mətbuat Şurasının “qaynar xətt”inə 2 jurnalistdən şikayət daxil olub

Mətbuat Şurasının “qaynar xətt”inə 2 jurnalistdən şikayət daxil olub
# 07 noyabr 2010 16:12 (UTC +04:00)
Bakı – APA. Saat 19.00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 2 məlumat daxil olub. Şuradan APA-ya verilən məlumata görə, “Turan” İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikasındakı müxbiri Məlahət Nəsibova və “Yeni Müsavat” qəzetinin muxtar respublikadakı müxbiri Həkimeldostu Mehdiyev peşə fəaliyyətlərini yerinə yetirərkən maneələrlə üzləşdiklərini bildiriblər. Şura hər iki məsələnin araşdırılması üçün əlaqədar qurumlara müraciət edib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Cəlilabad rayonundakı seçki dairələrində, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 83 saylı Ağcabədi-Füzuli seçki dairəsində KİV təmsilçilərinə yaradılan şəraitlə tanış olublar. Onlar həmin yerlərdə KİV-lər üçün zəruri şəraitin yaradıldığını deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR