Bank Of Baku

Gürcüstanda Cənubi Qafqazda KİV-in vəziyyətinə həsr olunmuş konfrans keçiriləcək

Gürcüstanda Cənubi Qafqazda KİV-in vəziyyətinə həsr olunmuş konfrans keçiriləcək
# 10 noyabr 2010 08:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Noyabrın 11-də Gürcüstanın paytaxtı Tiflisdə Cənubi Qafqazda KİV-in vəziyyətinə həsr olunmuş 7-ci konfrans keçiriləcək. APA-nın xəbərinə görə, konfransı ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç açacaq.

İki günlük toplantıda bölgədə KİV-in inkişaf tendensiyaları və problemləri, Cənubi Qafqazda internet şəbəkəsinin inkişafı və informasiyaya çıxış imkanları müzakirə olunacaq. Konfransda Gürcüstan, Azərbaycan və Ermənistan jurnalistləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hökumət təmsilçiləri və media üzrə beynəlxalq ekspertlər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR