Bank Of Baku

Azərbaycan prezidentinin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdim olunması mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycan prezidentinin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdim olunması mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 10 noyabr 2010 09:29 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzet redaktorları və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkə mətbuatının keçdiyi yola nəzər salaraq deyib ki, ötən müddətdə mətbuatla bağlı bir sıra problemlər də ortaya çıxıb. Bu sıraya hətta jurnalistin qətlə yetirilməsinin də aid olduğunu deyən Ə. Həsənov 1991-ci illə müqayisədə, Azərbaycanda mətbuatının böyük inkişafa nail olduğunu vurğulayıb.

“Jurnalistlər ən prinsipial, ən əxlaqlı şəxslər olmalıdırlar ki, onların dediyi cəmiyyət tərəfindən qəbul olunsun” – deyə, Ə. Həsənov bildirib.

Ə. Həsənov deyib ki, jurnalistlərə fəxri adların verilməsi və digər məsələlərlə bağlı sərəncamların davamı olacaq. O bu sərəncamlar verilərkən mövqeyindən asılı olmayaraq, müxtəlif mövqelərdə olan jurnalistlərin nəzərə alınacağını da bildirib.

Daha sonra Ə. Həsənov mükafatları jurnalistlərə təqdim edib.

Qeyd edək ki, fəxri ad alan jurnalistlər arasında APA-nın baş direktoru Vüsalə Mahirqızı (Abışova) da var. Prezidentin sərəncamı ilə V. Mahirqızına “Əməkdar jurnalist” fəxri adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR