Bank Of Baku

Beynəlxalq Mətbuat Mərkəzi yeni ünvanda fəaliyyətə başlayıb - FOTO

Beynəlxalq Mətbuat Mərkəzi yeni ünvanda fəaliyyətə başlayıb - <font color=red>FOTO</font>
# 10 noyabr 2010 12:27 (UTC +04:00)
Bu barədə APA-ya BMM-in direktoru Azər Vəliyev məlumat verib. A. Vəliyev yeni ünvanın tədbirlər keçirilməsi üçün daha geniş imkanlara malik olduğunu deyib: “Əvvəlki ünvanda iki zalımız var idi ki, onlardan biri 60, digəri 100 nəfərlik idi. Hazırkı ünvanda isə böyük zalımız 300, orta zalımız 150, kiçik zalımız isə 70-80 nəfərlikdir. Həmçinin, işçilərimizin sayı da artıb, texniki xidmət təkmilləşdirilib. Məsələn, indi video çəkiliş xidməti göstəririk. BMM-in saytı isə həm də informasiya agentliyi funksiyasını yerinə yetirərək ilkin olaraq mərkəzdə keçirilən tədbirlər barədə məlumat yayacaq”.

A. Vəliyevin sözlərinə görə, tədbirlərin təşkil olunması jurnalist təşkilatları üçün pulsuz (bəzi hallarda güzəştli qiymətlərlə), müharibə veteranları və bu digər bu kateqoriyaya aid şəxslərə isə güzəştli qiymətlərlə təklif olunacaq.

Qeyd edək ki, artıq BMM-in yeni ünvanında bu gün ilk tədbir də keçirilib. Belə ki, Milli Mətbuat Gününün 135 illiyi münasibətilə Azərbaycan prezidentinin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdim olunması mərasimi BMM-də olub.

BMM Mətbuat prospekti-529-cu məhəllə (Azərbaycan Mətbuat Evinin 6-cı mərtəbəsi) ünvanında yerləşir. Qurumun əvvəlki ünvanı Fikrət Əmirov, 11 olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR