Bank Of Baku

Vaşinqtonda ABŞ Dövlət Departamentindən qrant alan təşkilatların I Beynəlxalq Simpoziumu keçirilir

Vaşinqtonda ABŞ Dövlət Departamentindən qrant alan təşkilatların I Beynəlxalq Simpoziumu keçirilir
# 10 noyabr 2010 13:11 (UTC +04:00)
Bakı-APA. Vaşinqtonda ABŞ Dövlət Departamentindən qrant alan təşkilatların I Beynəlxalq Simpoziumu keçirilir. Tədbirdə Azərbaycandan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu və qurumun beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa iştirak edir. BAMF-nin İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında keçirilən tədbir “Amerika təşkilatçılarının bir araya gətirilməsi” şüarı altında baş tutur. Toplantıda 100-dən çox tərəfdaş təşkilat iştirak edir. Tədbirə qatılanların əksəriyyəti ABŞ-ın yerli təşkilatlarının nümayəndələridir. Qalan iştirakçılar müxtəlif sahələrdə layihələr həyata keçirən xarici təşkilatların təmsilçiləridir. Beynəlxalq simpoziumun əsas məqsədi qrant alanları və qrantlar üzrə mütəxəssisləri bir araya gətirmək, qrantlar sahəsində hazırkı vəziyyəti müzakirə etmək, Federal Yardım Bölməsinin (FYB) proqramlarının inkişafına müsbət təsir edəcək yeni yollar axtarmaqdır.
Tədbiri giriş sözü ilə Dövlət Departamentinin FYB direktoru Georgiya Habert açıb. O, bildirib ki, dövlət katibi Hillari Klinton Avstraliyada elm və təhsil məsələləri ilə əlaqədar görüşlər keçirdiyinə görə beynəlxalq müşavirədə iştirak edə bilməyəcəkdir.
Sonra müxtəlif agentlik və büroların nümayəndələri FYB-nin maliyyə idarəçiliyi, qrant verən hökumətin yeni və gələcək tələbləri, həmçinin digər məsələlər barədə çıxışları olub. Qrant alanlar üçün www.grant.gov saytının istifadəsinə dair bələdçi xarakterli məsləhətlər verilib. Mütəxəssislər müxtəlif qrant layihələrinin hazırkı mərhələlərini və icrası bitmiş layihələrin nəticələrini müzakirə ediblər.
Qeyd edək ki, BAMF ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə sıx əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR