Bank Of Baku

Azərbaycan media təmsilçilərinin Şimali Kiprə səfəri davam edir - FOTO

Azərbaycan media təmsilçilərinin Şimali Kiprə səfəri davam edir - <font color=red>FOTO</font>
# 12 noyabr 2010 16:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan media nümayəndələrinin Şimali Kipr Türk Cumhuriyyətinə səfəri davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən nümayəndə heyəti ŞKTC-nin qurucu prezidenti Rauf Denktaşla görüşüblər. Bundan sonra isə qrup üzvləri ŞKTC-nin ən iritirajlı media qurumlarında - “Kipr” qəzetində, eyni adlı televiziyada (KTV), həmçinin ŞKTC-nin Turizm Nazirliyində və “Yakın Doğu” Universitetində görüşlər keçiriblər. Səfər və görüşlər davam edir.

Qeyd edək ki, bu səfər Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində keçirilir. Səfərdə olan nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, “Olaylar” İA-nın rəhbəri Yunus Oğuz, “Trend” İA-nın baş redaktoru İlqar Hüseynov, “Ekspress” qəzetinin təsisçisi Müşfiq Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “Oxu məni” qəzetinin baş redaktoru Emin Axundov daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR