Bank Of Baku

Azərbaycan media təmsilçiləri Şimali Kipr prezidenti ilə görüşüblər

Azərbaycan media təmsilçiləri  Şimali Kipr prezidenti ilə görüşüblər
# 13 noyabr 2010 17:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycan media nümayəndələri noyabrın 13-də Şimali Kipr Türk Cümhuriyyətinə səfərləri çərçivəsində ŞKTC prezidenti Dərviş Əroğlu ilə görüşüblər. Görüşdə Azərbaycan-ŞKTC münasibətləri, bu münasibətlərin mediada ifadəsi ətrafında müzakirələr aparılıb. Dərviş Əroğluna Azərbaycan media qurumları barədə geniş bilgi verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli iki xalq arasında münasibətlərin uğurla inkişaf etdirilməsində KİV-in müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
Öz növbəsində nümayəndə heyəti vasitəsilə Azərbaycan xalqına öz salamlarını göndərən Əroğlu bundan sonra da bu münasibətlərin uğurla inkişaf edəcəyinə inamını ifadə edib.
Sonda KİVDF –nin icraçı direktoru Vüqar Səfərli nümayəndə heyəti adından Dərviş Əroğluna Azərbaycan xalçası hədiyyə edib.
Bundan sonra nümayəndə heyəti ŞKTC-nin xarici işlər naziri Hüseyin Özgürgünlə görüşüb, onun adından təşkil edilmiş ziyafətdə iştirak ediblər.
Nümayəndə heyətinin səfəri davam edir.
Məlumat üçün qeyd edək ki, bu səfər Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihəsi çərçivəsində keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR