Bank Of Baku

Rusiya Dövlət Duması Xatın faciəsinə görə məsuliyyəti Stalinin üzərinə qoyan sənəd qəbul edib

Rusiya Dövlət Duması Xatın faciəsinə görə məsuliyyəti Stalinin üzərinə qoyan sənəd qəbul edib
# 26 noyabr 2010 12:57 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, Xatın cinayəti Stalinin və digər sovet rəhbərlərinin birbaşa göstərişi əsasında həyata keçirilib. Dövlət Duması əsassız repressiyaların qurbanlarına, onların doğmalarına və yaxınlarına dərin təəssüfünü izhar edib. Deputatlar həmçinin qeyd ediblər ki, kütləvi qətllər texnologiyası 1936-38-ci illərdə Xatında minlərlə sovet vətəndaşının üzərində sınaqdan keçirilib.

Sənəddə həmçinin arxiv materiallarının öyrənilməsi işinin davam etdirilməsi və həlak olanların siyahısının dəqiqləşdirilməsinin zəruriliyi qeyd olunur. Dumada keçirilən səsvermədə yalnız kommunistlər bu sənədin əleyhinə səs veriblər.

Xatırladaq ki, 1940-cı ildə Xatında 22 min polyak, o cümlədən bir neçə min zabit güllələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR