Bank Of Baku

İstanbulda OANA Baş Assambleyasının 14-cü iclası keçirilib

İstanbulda OANA Baş Assambleyasının 14-cü iclası keçirilib
# 26 noyabr 2010 17:21 (UTC +04:00)
Bakı-APA. İstanbulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) Baş Assambleyasının 14-cü iclası keçirilib. İclasda OANA-nın üzvü olan agentliklərin, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Anadolu Agentliyinin baş direktoru Hilmi Bengi qonaqları salamlayıb, Baş Məclisin 14-cü iclasının işinə uğurlar diləyib.
OANA-nın prezidenti Əhməd Muxlis Yusuf təşkilatın İcraiyyə Komitəsinin 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş 30-cu iclasını böyük məmnunluqla xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin toplantı iştirakçılarını qəbul etməsini xüsusi vurğulamışdır. O demişdir ki, AzərTAc OANA-nın ən fəal üzvlərindən biridir və təşkilatın internet saytına ən çox xəbər göndərən ikinci agentlikdir.

İclasda AzərTAc-ın zəmanət məktubu ilə “Trend” xəbər agentliyi OANA-nın tamhüquqlu üzvü seçilib.

AzərTAc-ın baş direktoru Aslan Aslanov çıxış edərək İndoneziyanın Antara Agentliyinin sədrliyi ilə OANA-nın son üç ildə böyük uğurlar əldə etdiyini vurğulayıb, əmin olduğunu bildirib ki, Anadolu Agentliyinin sədrliyi ilə də təşkilatın fəaliyyəti daha da güclənəcək.

Baş Assambleyanın iclası çərçivəsində İcraiyyə Komitəsinin və Texniki Komitənin də iclasları keçirilib.

2010-2013-cü illər üçün OANA-nın rəhbər orqanı – İcraiyyə Komitəsinin büro üzvləri seçilmişdir. AzərTAc yenidən bu nüfuzlu təşkilatın İcraiyyə Komitəsinin büro üzvü seçilib.

İTAR-TASS agentliyinin təklifinə əsasən 50 il əvvəl YUNESKO-nun qərarı ilə yaradılmış OANA-nın yubileyinin keçirilməsi istiqamətində işlərin aparılması qərara alınıb.

İclasın yekunlarına dair İstanbul Bəyannaməsi qəbul olunub. Sənəddə intellektual və mülkiyyət hüquqlarına hörmət edilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın gücləndirilməsi, elektron məkanda informasiyaların yüksək səviyyədə və operativ yayılması məsələləri əksini tapıb.
Noyabrın 26-da Anadolu Agentliyinin ev sahibliyi ilə Avropanın Mədəniyyət paytaxtı olan İstanbulda xəbər agentliklərinin toplantısı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR