Bank Of Baku

Dunya Miyatoviç: “Ümid edirəm ki, Azərbaycan diffamasiya haqqında qanun qəbul edəcək”

Dunya Miyatoviç: “Ümid edirəm ki, Azərbaycan diffamasiya haqqında qanun qəbul edəcək”
# 01 dekabr 2010 09:52 (UTC +04:00)
APA-nın Astanaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Qazaxıstan paytaxtında mətbuat konfransı keçirən D. Miyatoviç bəzi ölkələr tərəfindən diffamasiyanın kriminal əməl sayılmaması barədə qanun qəbul olunmasını alqışlayaraq Azərbaycanda da bu cür dəyişikliyin baş verməsini mümkün sayıb: “Ümid edirəm ki, Azərbaycan da diffamasiya haqqında qanun qəbul edəcək”.

D. Miyatoviçin fikrincə, bu qanun KİV azadlığının inkişafı üçün vacibdir. Çünki bu halda jurnalistlər öz fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. Xüsusi nümayəndə 56 ATƏT ölkəsindən yalnız 11-nin bu qanunu qəbul etdiyini xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR