Bank Of Baku

Türkiyə Nazirlər Kabinetinin Mətbuat-yayım və informasiya idarəsinin baş direktoru Azərbaycana gəlib

Türkiyə Nazirlər Kabinetinin Mətbuat-yayım və informasiya idarəsinin baş direktoru Azərbaycana gəlib
# 01 dekabr 2010 14:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Nazirlər Kabinetinin Mətbuat-yayım və informasiya idarəsinin baş direktoru Murat Karakayanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. APA-nın məlumatına görə, səfər 3 gün davam edəcək.

Qonaqlar Azərbaycan Mətbuat Şurasının və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi ilə bir yerdə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Bakıdakı Türk Şəhidliyini ziyarət edib.

Nümayəndə heyəti bu gün Mətbuat Şurasında və “AzərTac” informasiya agentliyində olacaq. Dekabrın 2-də onlar Türkiyə səfirliyinin Mətbuat Müşavirliyi tərəfindən təşkil olunan seminara, dekabrın 3-də isə Parlament Jurnalistləri Birliyi tərəfindən təşkil olunan tədbirə qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR