Bakıda Türkiyə mətbuatının təcrübəsinə həsr olunmuş seminar keçirilib - FOTOSESSİYA
Tədbirdə çıxış edən Türkiyə səfirliyinin mətbuat müşaviri Həmid Kaya bildirib ki, Azərbaycan universitetlərinin jurnalistika fakültələrinin tələbələri üçün Türkiyədə təcrübə kurslarının təşkili ilə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Mətbuat Şurası ilə müzakirələr aparılacaq.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Azərbaycan və Türkiyə mətbuatının əlaqələrindən danışıb. Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə mətbuatının Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılmasında mühüm rol oynadığını vurğulayıb.
Azərbaycanda medianın inkişaf etdiyini deyən Türkiyə Nazirlər Kabinetinin Mətbuat-yayım və informasiya şöbəsinin baş direktoru Murat Karakaya isə iki ölkənin media qurumları arasında təcrübə mübadilələrinin təşkilinə ehtiyac duyulduğunu deyib: «Azərbaycan və Türkiyənin ortaq problemləri var. Bu problemlərin həlli baxımından media bir araya gələ bilər».
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında iki ölkənin mediasının mövcud vəziyyətinə toxunub. Türkiyə və Azərbaycanın eyni dəyərlərə malik olduğunu söyləyən PA rəsmisi qeyd edib ki, məhz bu ortaqlıq dünya mətbuatında onları fərqləndirir: «Biz çalışmalıyıq ki, bu dəyərlər hansısa təsirlərdən asılı etməyək. Təəssüf ki son zamanlar Azərbaycan və Türkiyə arasında münasibətlərə təsir göstərmək üçün qlobal mərkəzlər yaradılır. Biz medianın müştərək tədbirləri nəticəsində milli dəyərləri qlobal təsirlərdən azad edə bilərik».
Ə. Həsənov bəzi məsələlərdə Azərbaycan və Türkiyə mediasının birgə çıxış etməsinə zərurət olduğunu vurğulayıb: «Atatürk Avropa üçün başağrısına çevrilən dövlət yaradıb. Ona görə də Avropa Atatürkün üzərinə gələ bilər. Onu qorumaq isə Türkiyə mediasının borcudur. O cümlədən Heydər Əliyevi qorumaq».
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc çıxışında bu tip əhəmiyyətli tədbirlərin davam etdirilməsinə tərəfdar olduğunu vurğulayıb.
Seminarda daha sonra qəzet və jurnallarda səhifə dizaynı, televiziya xəbərçiliyi və televiziyada reportaj texnikaları, görüntülü xəbər vermə texnikaları, video-reportajların hazırlanmasındakı son inkişaflar, Türkiyə və dünyada mediada reklam, Türkiyə Mətbuat Elan Təşkilatı və rəsmi elanlar, Türkiyədə mətbuatla dövlət təşkilatları arasındakı problemlərin həlli yolları mövzularında məruzələr oxunulub.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır