Bank Of Baku

Bakıda “Azərbaycanda kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Azərbaycanda kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 03 dekabr 2010 08:04 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirə 8 xarici ölkədən kabel televiziyalarının rəhbərləri qatılıblar.

Konfransda çıxış edən Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) prezidenti Samir Qurbanov Assosiasiyanın yaranma zərurətindən və onun həll edəcəyi əsas məsələlərdən danışıb.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, hazırda Azərbaycanda 14 kabel TV fəaliyyət göstərir. AKAO-nun yaranmasının zərurətdən irəli gəldiyini deyən N. Məhərrəmli bu qurumun hüquqi bazasının hazırlanması və müzakirəsində Şura ilə birgə çıxış edəcəyini, MTRŞ-in bundan sonrakı fəaliyyətinin daha da effektiv olacağını vurğulayıb.

Şura sədri qeyd edib ki, 2005-ci ildən kabel TV-lərə lisenziya verilir. Hazırda Azərbaycanda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində kabel operatorları fəaliyyət göstərir: «Kabel TV-nin gəlişi ilə insanların seçim imkanları artıb. Biz kabel şəbəkəsinin genişləndirilməsini istəyirik. Buna görə, ölkədə xarici telekanalların yayımı dayandırıldı. Bu, doğru qərar idi”.

TÜRKSOY-un nümayəndəsi Lalə Şılğın Dündar isə qeyd edib ki, noyabrın 24-də keçirilən TÜRKSOY mədəniyyət nazirlərinin toplantısında əldə edilmiş qərara əsasən türkdilli ölkələrin televiziya kanallarının internet üzərində birləşdirən «Yıldız.tv» layihəsinin həyata keçirilməsi qərara alınıb. Bu layihəni TÜRKSOY idarə edəcək.

“Yıldız.tv”nin nümayəndəsi Hüseyn İsmayılbəyli isə qeyd edib ki, dünyanın istənilən bölgəsindən insanlar pulsuz olaraq bu portal üzərindən TÜRKSOY ölkələrinin seçilmiş TV kanallarını izləyə biləcəklər. Bu saytda hazırda 22 TV kanalı yayımlanmaqdadır. Özəlliklərindən biri isə saytda kanalların 10 günlük arxivini izləmək olar: “Sayt inkişaf etdikcə türkdilli ölkələrdə fəaliyyət göstərən televiziya kanallarını cəlb etməyə çalışacağıq”.

İclasda Avrasiya Kabel Televiziyası Assosiasiyasının (AKTA) yaradılması barədə niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan və Türkiyəni təmsil edən qurumların rəhbərləri imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR