Bank Of Baku

Gələn ilin fevral ayında Moskvada Avrasiya Kabel Televiziyaları Assosiasiyasının yaradılmasına dair saziş imzalanacaq

Gələn ilin fevral ayında Moskvada Avrasiya Kabel Televiziyaları Assosiasiyasının yaradılmasına dair saziş imzalanacaq
# 03 dekabr 2010 10:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) mətbuat xidmətinin rəhbəri Hüseyn İsmayılbəyli bildirib.

H.İsmayılbəylinin sözlərinə görə, bu gün Bakıda AKTA-nın yaradılmasına dair 8 ölkədən kabel televiziyaları assosiasiyalarının və kabel TV şirkətlərinin iştirakı ilə niyyət protokolu imzalanıb. Hazırda AKTA-nın təsisində iştirak etmələri üçün bir sıra ölkələrdən anoloji qurumların cəlbi istiqamətində işlər aparılır.

H.İsmayılbəyli onu da qeyd edib ki, hazırda Azərbaycanda kabel televiziyaları ilə bağlı konkret qanun yoxdur: «Amma bu sahə müəyyən normativ-hüquqi aktlarla tənzimlənir. Kabel yayımı spesifik sahə olduğundan, burada müəyyən qanunlar olmalıdır. AKOA bununla bağlı Milli Televiziya və Radio Şurası ilə birgə işlər aparmağı planlaşdırır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR