Bank Of Baku

Azərbaycan Kabel Operatorları Assosiasiyası Rusiya Kabel Televiziyaları Assosiasiyasına üzv olub

Azərbaycan Kabel Operatorları Assosiasiyası Rusiya Kabel Televiziyaları Assosiasiyasına üzv olub
# 03 dekabr 2010 10:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) Rusiya Kabel Televiziyaları Assosiasiyasına üzv olub. APA-nın məlumatına görə, bu barədə Assosiasiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn İsmayılbəyli bu gün keçirilən mətbuat konfransında bildirib.

Üzvlüklə bağlı bu gün Bakıda AKOA və Rusiya Kabel Televiziyaları Assosiasiyası arasında müqavilə imzalanıb. Müqaviləni AKOA-nın prezidenti Samir Qurbanov və Rusiya Kabel Televiziyaları Assosiasiyasının prezidenti Yuri Pripaçkin imzalayıb.

H.İsmayılbəyli onu da qeyd edib ki, hazırda Rusiya Kabel Televiziyaları Assosiasiyasına Gürcüstan, Ukrayna, bir sıra Baltik ölkələrinin kabel televiziyalarının assosiasiyaları üzvdür. Bu qurum hazırda postsovet məkanında kabel televiziyalarının birləşdiyi ən böyük ictimai təşkilat rolunu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR