Bank Of Baku

Anar Məmmədxanov Kiyevdə «Söz azadlığı nədir?» adlı debatlarda iştirak edib

Anar Məmmədxanov Kiyevdə «Söz azadlığı nədir?» adlı debatlarda iştirak edib
# 04 dekabr 2010 11:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Keçmiş millət vəkili, «Ultraprodakşn TV» şirkətinin prezidenti Anar Məmmədxanov Ukraynanın paytaxtı Kiyevdə «Söz azadlığı nədir» adlı debatlarda iştirak edib. A. Məmmədxanov APA-ya açıqlamasında debatın “Effektiv idarəetmə” Fondu tərəfindən təşkil olunduğunu, müzakirələrdə Kanadanın keçmiş baş-naziri Kim Kempbell, Kolumbiyanın eks-prezidenti Tsesar Qavarya Traxilyo, ABŞ-ın sabiq prezidenti Bill Klintonun mətbuat katibi olmuş Co Lokxart, tanınmış teleaparıcı Vladimir Pozdnerin, Ukrayna Ali Radasının 30-a yaxın deputatının da iştirak etdiyini deyib: “Çıxış edənlər söz azadlığı barədə danışırdılar. Mən bildirdim ki, postsovet məkanını Qərb standartlarına uyğunlaşdırmaq mümkün deyil. Çünki onlar üçün tənqid bizim üçün hava, meşə kimi təbi bir şeydir, bizim üçün isə tənqid təbii şey deyil. Onlar üçün parlamentdə bir-biri ilə dava edəndən sonra axşam ailələri ilə birlikdə şam etmək normal bir haldır, bizdə isə səni kim tənqid etsə, deməli, ömrünün axırına kimi sən onunla danışmayacaqsan. Ona görə də bu standart postsovet məkanı üçün əsas götürülə bilməz. İştirakçıları hər bir ölkənin spesifikasını nəzərə almağa çağırdım. Çıxışımda bildirdim ki, 1000-ə çatmaq üçün 700-dən başlamaq lazım deyil, «0»-dan, heç olmasa 5-dən başlamaq lazımdır. Siz deyəndə ki, bizdə belədir, sizdə də belə olmalıdır, unudursunuz ki, sizdə tarix olub, qanlı vətəndaş müharibələri olub, 250 illik parlamentarizmdən keçmisiz. Çıxışımı keçmiş KVN-çi kimi yumor üzərində qurmuşdum və məni çox yaxşı anlayırdılar”.

A.Məmmədxanov, həmçinin bildirib ki, Kiyevdə Ukraynanın 3 iri telekompaniyası ilə danışıqlar aparıb, yaxın vaxtlarda Azərbaycan-Ukrayna birgə layihəsinin icrasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR