Bank Of Baku

Azərbaycan rabitəsinin 129 illiyi münasibətilə keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan rabitəsinin 129 illiyi münasibətilə keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 06 dekabr 2010 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birlikdə Azərbaycan rabitəsinin 129 illiyi münasibətilə jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb. APA-nın məlumatına görə, nazirlikdə keçirilən tədbirdə çıxış edən RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, 2006-cı ildən başlayaraq dekabrın 6-sı Azərbaycanda Rabitəçilər Günü kimi qeyd olunur. Müsabiqənin keçirilməsində məqsəd rabitə sahəsində görülən işlərə cəmiyyətin münasibətini öyrənmək və jurnalistləri bu sahədə peşəkarlaşdırmaqdan ibarətdir.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun direktoru Vüqar Səfərli isə jurnalistlərin müsabiqə vasitəsilə informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirləri işıqlandırdığını və bununla rabitəçilərin əməyini qiymətləndirdiklərini qeyd edib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə bu sahədə görülən tədbirlərin cəmiyyətə çatdırılmasında KİV-in mühüm rol oynadığını söyləyib. Nazir bildirib ki, gələn il rabitə sektorunun 130 illiyi qeyd olunacaq və bununla əlaqədar yenə müsabiqələrin keçirilməsi nəzərdə tutulur: “Biz KİV-i dərindən izləyirik və belə müsabiqələri davam etdirəcəyik. Bu istiqamətdə elektron KİV-lərə də bundan sonra dəstək verəcəyik”.

Daha sonra qalib jurnalistlərə və RİTN tərəfindən təltif olunan rabitəçilərə mükafatlar təqdim olunub. APA-nın əməkdaşı Rəşad Süleymanovun “525-ci qəzet”də çap olunmuş “İKT sahəsindəki islahatlar Azərbaycanda online medianın inkişafını sürətləndirib” yazısı “İKT-nin mediada rolu” nominasiyası üzrə ikinci yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR