Bank Of Baku

İctimai Teleradio 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırılıb - FOTO

İctimai Teleradio 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 06 dekabr 2010 15:55 (UTC +04:00)
Bakı-APA. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov 2010-cu ildə teleradio sahəsində qazandığı uğurlara görə “Azeri Business Award” mükafatına layiq görülüb. Bu barədə APA-ya İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən məlumat verilib. “Business Time” jurnalının təsis etdiyi illik mükafatın təqdimat mərasimi “Buta Palace”da olub. Təqdimat mərasimində İctimai Teleradionun bu il ərzindəki nailiyyətlərini əks etdirən video-çarx nümayiş olunub. Mərasimdə İctimai Teleradionun MDB-də ilk dəfə olaraq Avropa Yayımları Birliyinin Baş Assambleyasına ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, İctimai Teleradio artıq Azərbaycanda beynəlxalq layihələrin ünvanı kimi tanınan bir media quruma çevrilib. 2010-cu ildə əldə olunan nailiyyətlər sırasında “Eurovision Mahnı Müsabiqəsi”ndə Azərbaycanın iştirakını uğurla təşkil etməsi, parlament seçkilərini işıqlandırması, bütün namizədlərə pulsuz efir vaxtı ayırması diqqətə çatdırılıb. Həmçinin Türkiyə, Gürcüstan, Macarıstan, Ukrayna, Rusiya, Belorus və digər ölkələrlə mütəmadi olaraq telekörpülər həyata keçirdiyi, İctimai Teleradionun artıq film istehsal edən bir quruma çevrildiyi, şirkətdə bu günədək 100-dən çox sənədli və bədii film çəkildiyi bildirilib. Yaradıcılıq sahəsindəki uğurlarla yanaşı, ölkə prezidenti İlham Əliyevin birbaşa himayəsi ilə İctimai Teleradio əməkdaşları üçün yaşayış binasının tikintisinə də başlandığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR