Bank Of Baku

İnternet-medianın monitorinqi aparılır

İnternet-medianın monitorinqi aparılır
# 07 dekabr 2010 09:21 (UTC +04:00)
Bakı – APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın monitorinqinə başlayıb. Fonddan APA-ya verilən məlumata görə, bir ay ərzində davam edəcək monitorinq zamanı ölkədə müasir KİV sahəsi olan internet-medianın kütləvi informasiya vasitəsi kimi bir neçə parametrdən təhlil edilməsi planlaşdırılıb. Monitorinq zamanı onların ayrı-ayrılıqda media qurumu kimi ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəməsi baxımından fəaliyyətləri, internet-media orqanlarında gündəlik informasiyaların həcmi, xəbərlərin yerləşdirilmə intervalı nəzərdən keçiriləcək. Habelə yerləşdirilən informasiyalarda siyasət, iqtisadiyyat, reklam, kriminal və əyləncə xəbərlərinə yer ayrılması təhlil ediləcək, o cümlədən xəbərlərin hazırlanmasında peşəkarlıq, operativlik, iri həcmli yazılarda milli-mənəvi dəyərlərə söykənən problemlərin analizi və Azərbaycan dilinin saflığının qorunması məsələlərinə xüsusi diqqət yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR