Bank Of Baku

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin iclası keçirilib

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin iclası keçirilib
# 07 dekabr 2010 12:32 (UTC +04:00)
Bakı-APA. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Qurumdan APA-ya verilən məlumata görə, iclasda ötən müddət ərzində daxil olan 7 müraciətə baxılıb. Müraciətlərdən 6-sı təmin edilərək, bütövlükdə 3800 manat həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Bloger Emin Millinin (Abdullayev) ailəsinə 1000 manat, bloger Adnan Hacızadənin ailəsinə 1000 manat, həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsinə 1000 manat, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilova 300 manat, “Mühakimə” qəzetinin əməkdaşı Elçin Həsənova 100 manat, “Komanda” qəzetinin redaksiyasına 400 manat məbləğində maliyyə yardımı edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR