Bank Of Baku

Hakerlər Visa bank-ödəniş sisteminin saytını dağıdıblar

Hakerlər Visa bank-ödəniş sisteminin saytını dağıdıblar
# 09 dekabr 2010 02:53 (UTC +04:00)
Bakı-APA. Hakerlərin hücumu nəticəsində Visa bank-ödəniş sisteminin internet saytı sıradan çıxıb.

Bu hadisə son 24 saat ərzində WikiLeaks təşkilatı ilə işləməkdən imtina etmiş ikinci şirkətin dağıdılması deməkdir. Daha öncə hakerlər Mastercard sistemində ödənişlərin işlənməsini əngəlləyə bilmişdilər.

Hər iki şirkəti «Anonimouz» adlı haker qrupu hədəf olaraq seçib. Dünən haker hücumu nəticəsində həmçinin «WikiLeaks»ın qurucusu Culian Assanjın həbsinə order vermiş İsveç prokurorluğunun və ona qarşı ittihamla çıxış edən 2 qadının vəkilinin saytları dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR