Moskvada “Şərqi Avropada jurnalistikanın gələcəyinin müdafiəsi” mövzusunda konfrans keçirilir – FOTO
Konfransın açılışında Tomson Fondunun direktoru Riçard Tinen (Richard Tynen), Moskva merinin KİV, beynəlxalq əməkdaşlıq, idman, turizm və reklam məsələləri üzrə müavini Aleksandr Qorbenko və RJİ-nin sədri Vsevolod Boqdanov çıxış edərək, tədbir iştirakçılarını salamlayıb, konfransın səmərəli keçəcəyinə ümidvar olduqlarını bildiriblər.
Rusiyada mətbuatın hazırkı vəziyyətinə diqqət çəkən A. Qorbenko medianın vəziyyətinin həqiqətən də çox ağır olduğunu deyib. O, mətbuat azadlığının səviyyəsinin onun iqtisadi cəhətdən müstəqil olması ilə əlaqələndirilməsini doğru saymayıb: “İqtisadi cəhətdən müstəqil olan mətbuatın azad olduğunu düşünənlərlə razı deyiləm. Mən hesab edirəm ki, mətbuat siyasi rəqabət mühitində azad ola bilər. Mətbuat sifarişlə işləməməlidir. Biz isə bu gün bunun tam əksini görürük. Bəzi mətbuat orqanları hökumət strukturlarından belə daha acınacaqlı vəziyyətdədir”.
A. Qorbenko yeni Moskva hakimiyyətinin mətbuatı əməkdaşlığa çağırdığını söylyəib: “Moskvanın yeni hökuməti KİV-lə tərəfdaşlıq mövqeyində dayanır”.
Sonra konfransda BJF-nun baş katibi Eydan Uayt (Aidan White) əsas məruzəçi qismində çıxış edib. O, “Şərqi Avropada jurnalistikanın gələcəyi uğrunda kampaniya” adlı məruzəsində gələcək jurnalistika haqqında danışarkən buna qlobal yanaşmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bütün dünyada jurnalistlər zaman-zaman böhranlarla üzləşirlər: “Bunlardan ilk olaraq iqtisadi böhranı qeyd etmək lazımdır. Bütün dünyanı sarsıdan maliyyə böhranı KİV-ə də öz mənfi təsirini göstərib. Jurnalistikanın üzləşdiyi növbəti böhran struktur dəyişiklikləri ilə əlaqədar meydana çıxır. Struktur dəyişikliklərinin baş verməsi ilə yeni münasibətlərin qurulması zərurəti yaranır ki, bu da insanların informasiya almasında problemlərə səbəb olur. Böhrana səbəb olan digər mühüm amil peşəkarlıqla bağlıdır”.
İnternet jurnalistikasından söz açan məruzəçi bunun müsbət tərəfləri ilə yanaşı, mənfi təsirlərinin də olduğuna diqqət çəkib: “Bu yaxınlarda hamının şahidi olduğu, “WikiLeaks”in açıqladığı məlumatları götürək. “WikiLeaks” İnternetin zəif tərəflərini göstərdi. Bir daha sübut olundu ki, İnternet ancaq xəbəri yayır, ona şərh vermir. Yəni, hadisələrin əsasında dayanan məsələlərə aydınlıq gətirilmədiyinə görə müəyyən problem yaranır”.
E. Uayt azad mətbuatı demokratiyanın təminatçısı hesab edənlərlə razılaşmadığını da bildirib. Məruzəçi jurnalistika sahəsində problemlərin Şərqi Avropa regionunda daha çox olduğunu qeyd edib: “Bu, regiona daxil olan ölkələrdə siyasi tolerantlıq mədəniyyəti yeni yaranır. Jurnalistlər cəzasızlığın qurbanı olurlar, onları qorxudurlar, təzyiq edirlər. Hüquqları məhkəmə orqanları tərəfindən lazımi səviyyədə təmin olunmur. Təkcə bir faktı qeyd edim ki, bir il ərzində Rusiyada jurnalistləri 200-dək təhdid faktı qeydə alınıb. Cəzasızlıq mühiti Rusiyada jurnalistlərin mütəmadi olaraq təzyiqlərə məruz alması ilə nəticələnir. Bu problemi tezliklə həll etmək lazımdır. Bu ölkədə jurnalistlərin döyülməsi faktı ciddi narahatlıq yaradır. Rusiya prezidenti Dmitri Medvedev də jurnalistlərin təzyiqlərə məruz qalması, döyülməsinə qarşı çıxıb. Biz bunu alqışlayırıq. Lakin söz, təəssüf ki, kifayət deyil. Belə halların qarşısının alınması üçün dövlət təsirli tədbirlər görməlidir. Bəzi jurnalistlər çətin şəraitdə işləyirlər”.
BJF rəhbəri ötən 20 ildə baş verənlərə nəzər salanda narahatlıq hissi keçirdiyini deyib: “Bəzən adamı depressiyaya salacaq həddə problemlər var. Biz bu 20 ili itirmişik. Demokratiya sahəsində ciddi irəliləyişlər əldə olunmayıb. Həqiqi müstəqil jurnalistika yaranmayıb”.
E. Uayt keçmiş stereotiplərlə vidalaşmağın vaxtının çoxdan çatdığını vurğulayıb: “Keçmişlə vidalaşmasaq, gələcək olmayacaq. Biz yeni yanaşmalar, yeni strategiyalar haqqında düşünməliyik, ictimaiyyət nümayəndələri ilə ittifaq yaratmalı, insanlarla təmasda olmalı, onlarla yaxından işləməliyik. Jurnalistikanı ictimai dəyər kimi inkişaf etdirmək lazımdır. Biz müəyyən dəyərləri qorusaq, ictimaiyyətin daha böyük etibarını qazana bilərik”.
Məruzəçi onu da əlavə edib ki, jurnalistikanın yüksək keyfiyyətli, yüksək məzmunlu materiallara üstünlük verməsinin vaxtı çatıb.
Sonra müzakirələr seksiyalarda davam etdirilib. Tədbir iştirakçıları “Hakimiyyət strukturlarının məsuliyyətə cəlb olunması”, “Jurnalistin təhlükəsizliyi. Cəzasızlıqla mübarizə”, “Senzura və hüquqların məhdudlaşdırılmasına qarşı mübarizə” mövzusunda keçirilən seksiyalarda fikir mübadiləsi aparıblar.
Konfrans bu gün başa çatacaq.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub