Bank Of Baku

"İki sahil" qəzetinin baş redaktoru "Çağ" Öyrətim İşlətmələrində olub - FOTO

"İki sahil" qəzetinin baş redaktoru "Çağ" Öyrətim İşlətmələrində olub - <font color=red>FOTO</font>
# 09 dekabr 2010 11:53 (UTC +04:00)
Bakı-APA. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və qəzetin bir qrup əməkdaşı "Çağ" Öyrətim İşlətmələri, Bakı Özəl Türk Liseyində olublar. Qəzetin redaksiyasından APA-ya verilən məlumata görə, qonaqları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qəbul edib. Görüşdə A. Gömleksiz
V. Rəhimzadəyə və qəzetin əməkdaşlarına liseylərin fəaliyyətə başladığı vaxtdan əldə etdikləri nailiyyətlər barədə məlumat verib.

Xatırladaq ki, ötən il Respublika Əl Oyunları Sarayında keçirilmiş IV Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında (İNEPO) mükafatlandırılan mətbuat rəhbərlərindən biri də "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə olub.
Görüş zamanı növbəti ildə də keçirilməsi nəzərdə tutulan V Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına (İNEPO) hazırlıqla bağlı bir sıra məsələlər barədə söhbətlər aparılıb. Sonra qonaqlar Bakı Özəl Türk Liseyinə gələrək liseyin sinif otaqları, laboratoriyaları, kitabxanaları və məişət şəraiti ilə tanış olublar.
V. Rəhimzadə və qəzetin əməkdaşları liseydə şagirdlər üçün yaradılmış şəraitdən məmnun olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR