Bank Of Baku

Azərbaycan Mətbuat Şurası Media Ombudsmanı məsələsilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Media Ombudsmanı məsələsilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb
# 09 dekabr 2010 14:52 (UTC +04:00)
Mətbuat Şurasından APA-ya daxil olan məlumata görə, Azərbaycanda media sahəsində mükəmməl qanunvericilik bazasının olduğu vurğulanan müraciətdə bildirilir ki, «İnformasiya əldə etmək haqqında» Qanun bu baxımdan istər yerli, istərsə də beynəlxalq ekspertlərin diqqət mərkəzindədir: “Qanundan irəli gələn vəzifələrin həlli üçün isə ayrıca qurumun - İnformasiya məsələləri üzrə Müvəkkilin (Ombudsman) formalaşdırılması nəzərdə tutulur. Məsələ bu il iyulun 22-də Azərbaycan Mətbuat Şurasının yeni inzibati binasının açılışı zamanı Şura üzvləri ilə keçirdiyiniz görüşdə də müzakirə olundu. Azərbaycan mediasının beynəlxalq imicinin qorunması məqsədilə diffamasiya haqqında qanunun qəbulu ilə yanaşı İnformasiya məsələləri üzrə Ombudsman təsisatının formalaşdırılması məsələləri də gündəmə gəldi. Çıxışınızda bununla bağlı ifadəsini tapan mövqe media ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdı”.

Məktubda eyni zamanda bildirilir ki, informasiya məsələləri üzrə Müvəkkilin ayrıca qurum kimi fəaliyyət göstərməsi daha effektiv nəticələr əldə etməyə imkan verir. Şura mövcud təcrübənin Azərbaycanda tətbiqini zəruri sayır. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununda da informasiya məsələləri üzrə müvəkkilin fəaliyyət üçün kifayət qədər əhatəli strategiya müəyyənləşdirilib.

İnformasiya məsələləri üzrə ombudsman təsisatının vacibliyinin önə çəkildiyi məktubda dövlət başçısından media ombudsmanının insan hüquqları üzrə müvəkkillə bir qurumda birləşməsinin qarşısının alınmasını xahiş edilir: “Sizdən məsələyə həssas münasibət göstərməyinizi, Azərbaycanda bu günkü siyasi plüralizmi daha da inkişaf etdirmək, mətbuat azadlığı prinsiplərini bundan sonra da diqqətdə saxlamaq məqsədilə müstəqil informasiya ombusmanının yaradılmasına dəstək verəcəyinizi, onun dünyada analoqu olmayan şəkildə - insan hüquqları üzrə müvəkkillə bir qurumda birləşməsinin qarşısının alınmasını xahiş edirik. Əminik ki, hər zaman olduğu kimi bununla bağlı yekun mövqeyiniz də ümummedia prinsiplərinin müdafiəsini təmin edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR