Bank Of Baku

Türk Hava Yolları öz yeni təyyarələri ilə Azərbaycan jurnalistlərini İstanbula aparacaq

Türk Hava Yolları öz yeni təyyarələri ilə Azərbaycan jurnalistlərini İstanbula aparacaq
# 11 dekabr 2010 13:34 (UTC +04:00)
Bakı – APA. Türk Hava Yolları (THY) yeni aldığı “Airbus 333” sərnişin təyyarələri vasitəsilə Bakıdan İstanbula gündəlik uçuşlar həyata keçirməyə başlayıb. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, dekabrın 9-dan başlayaraq hər gün saat 05.25-də Bakı-İstanbul reysi ilə uçuşlar gerçəkləşdirilir. Uçuşların 10 gün davam etməsi nəzərdə tutulub.

Bu proqram çərçivəsində Azərbaycanın 32 media nümayəndəsi də İstanbula aparılacaq. 19 nəfərlik ilk jurnalist qrupu dekabrın 14-də, ikinci qrup isə dekabrın 15-də Türkiyə səfirliyinin mətbuat müşaviri Həbib Kaya və THY Bakı bürosunun müdiri Mehmet Akkaya ilə birlikdə “Airbus 333”lə Bakıdan İstanbula uçacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR