Bank Of Baku

Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyi birgə seminar keçirəcək

Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyi birgə seminar keçirəcək
# 16 dekabr 2010 15:30 (UTC +04:00)
Bakı-APA. Dekabrın 17-19-da Bakıda Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində seminar keçiriləcək. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, üçgünlük tədbir dekabrın 17-də saat 10.00-da İctimai Televiziya və Radio Yayımları Şirkətində açılış mərasimi ilə başlayacaq, dekabrın 19-da yekunlaşacaq.

Seminardan məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrların hazırlanmasına dəstək verməkdən, mövcud sahədəki bəzi neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir. Seminarda Bakıda və regionlarda fəaliyyət göstərən teleradio kanallarının əməkdaşları iştirak edəcəklər. Onlar tanınmış alim və mütəxəssislərin mövzu ilə bağlı fikir və təkliflərini dinləyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR