Bank Of Baku

İctimai Televiziya və Radio Yayımları Şirkətində “İqlim dəyişikliyi, ekoloji problemlər yayım mediası” mövzusunda konfrans keçirilib - FOTOSESSİYA

İctimai Televiziya və Radio Yayımları Şirkətində “İqlim dəyişikliyi, ekoloji problemlər yayım mediası” mövzusunda konfrans keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 17 dekabr 2010 09:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Televiziya və Radio Yayımları Şirkətinin konfrans zalında Azərbaycan Mətbuat Şurasının, UNESCO-nun Azərbaycan Milli Komissiyasının, UNESCO-nun MaB (İnsan və Biosfer) Milli Komitəsinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi, ekoloji problemlər, yayım mediası” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, UNESCO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva, UNESCO-nun MaB (İnsan və Biosfer) Milli Komitəsinin sədri Urxan Ələkbərov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edib.

Natiqlər iqlim dəyişikliyinin Yer kürəsində yaşayan canlılar, o cümlədən insanlar üçün təhlükə olduğunu vurğulayıb, problemin həllində yayım mediasının rolunu xüsusi vurğulayıblar.

Tədbir çərçivəsində Yayım Mediası və İqlim Dəyişikliyi üzrə Paris Deklarasiyasının dəstəklənməsi ilə bağlı həmrəylik bəyanatı imzalanıb. Bəyanatı MŞ sədri Əflatun Amaşov, onun müavini Umud Rəhimoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov və digər telekanalların nümayəndələri imzalayıb.

Daha sonra “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində üç günlük seminar başlayıb. Dekabrın 19-da başa çatacaq seminarda müxtəlif telekanalların təmsilçiləri ilə yanaşı, BDU-nun jurnalistika fakültəsinin tələbələri də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR