Bank Of Baku

Jurnalistlər üçün pulsuz tibbi müayinə aksiyası keçiriləcək

Jurnalistlər üçün pulsuz tibbi müayinə aksiyası keçiriləcək
# 17 dekabr 2010 10:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə ölkə jurnalistləri “Ankara medical center”da pulsuz tibbi müayinədən keçə biləcəklər. APA-nın xəbərinə görə, assosiasiyanın prezidenti Sevil Yusifova keçirdiyi mətbuat konfransında bəyan edib ki, bu aksiyanı keçirməkdə məqsəd jurnalistlərin sağlamlığının qorunması və səhhətlərinə diqqət yetirmələrinə imkan yaratmaqdır.

Bu aksiyanın xəbər agentliklərinin, gündəlik qəzetlərin və televiziyaların xəbərlər bölümündə çalışan yaradıcı heyətə şamil olunacağını deyən S. Yusifova bildirib ki, jurnalistlərin işi çox ağırdır, onların gərgin iş qrafikləri var: “Onlar millətimizin məlumatlandırılmasına, milli maraqların qorunmasına öz fəaliyyətləri ilə töhfələrini verirlər”.

“Ankara medical center”in baş həkimi Zülfüqar Yusifov rəhbərlik etdiyi müəssisə haqqında məlumat verərək klinikada çalışanların əksəriyyətinin Türkiyədə tibb təhsili aldıqlarını söyləyib: “Jurnalistlər cəmiyyətin güzgüsüdür, ölkədə və dünyada baş verən məlumatları onların vasitəsilə əldə edirik”. Baş həkim belə bir aksiyaya məmnuniyyətlə qoşulduqlarını açıqlayıb. Z. Yusifov bildirib ki, həkim məsləhəti, bütün qarın boşluğunun USM, EKQ, qanın ümumi müayinəsi, sedimentasiya, protrombin indeksi, qanın laxtalanması, sidiyin ümumi müayinəsi, nəcis müayinəsi kimi müayinələr dekabrın 20-dən yanvarın 31-nə kimi həftənin 2-ci və 6-cı günləri redaksiyalar tərəfindən təqdim olunmuş siyahılar əsasında jurnalistlər üçün pulsuz həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR